Avropa Liqası: "Apollon" - "Qəbələ" - 1:1 - QOLLAR

Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” UEFA Avropa Liqası III tur ilk matçında Kipr klubu “Apollon”la qarşılaşıb.

 

Apasport.az saytının məlumatına görə, təmsilçimiz ilk oyununu səfərdə keçirib.

 

Matçda hesabı ev sahibləri açıb. Ancaq oyun boyu təmsilçimizin üstünlüyü hiss olunub. İlk hissədə bir neçə epizodda qeyri-dəqiqlik hesabı bərabərləşdirməyə mane olub.

 

"Qəbələ" ikinci hissəyə də aktiv başlayıb. Ancaq hücumlar son dəqiqədə bəhrə verib. Cərimə meydançası daxilində Stankoviçə qarşı kobudluğa görə təyin olunmuş penaltini soyuqqanlılıqla yerinə yetirən Cavid Hüseynov komandasına ümid verən qola imza atıb. Oyunda başqa qol olmayıb və matç 1:1 hesabı ilə başa çatıb.

 

Müəllif | Apa.Tv
Apa.tv