Allahşükür Paşazadə, Fəttah Heydərov və bir qrup ziyalı Ağstafada

Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə və bir qrup ziyalı Ağstafa və Qazax rayonuna səfər edib. APA TV-nin məlumatıma görə, nümayəndə heyəti ilk olaraq, Ağstafa rayonuna gedib. Rayonda aparılan abadlıq quruculuq işləri ilə tanış olan aqsaqqallar Azərbaycanın, o cümlədən rayonların sürətlə inkişaf etdiyinin şahidi olduqlarını bildiriblər.

 

Daha sonra qərb regionun ağsaqqalları ilə görüş keçirilib. Görüşdə ağsaqqalların cəmiyyətdə tarixi missiyası, yeni dövrdə vəzifələri, yeri və rolu haqda danışılıb. Şuranın sədri Fəttah Heydərov deyib ki, ağsaqqallar gənclər üçün kamil örnək nümunəsi olmalıdır. Ağsaqqal Şurasının üzvləri tədbirdə “Gənclər ağsaqqallardan nəyi əxz etməlidir”, “Azərbaycan ağsaqqalı gənclikdən nə gözləyir”, “Mənəviyyat, ictimai fəaliyyət və ümumiyyətlə, cəmiyyət həyatının əsas sahələrində ənənə ilə yeniliyi bir-birinə necə uzlaşdırmaq, qovuşdurmaq olar” mövzularında çıxış ediblər. Cıxışçılar həmçinin ağsaqqallarla gənclərin daim görüşmələrinə ehtiyac olduğunu bildiriblər.
 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli