San Fransiskoda güclü meşə yanğınları: 1200 hektar yanır

San Fransiskonun şimalında meşə ərazisində başlayan yanğın sürətlə yayılır. APA TV-nin xəbərinə görə, yanğın səbəbindən yaxınlıqdakı binalar alovun içərisində qalıb və ziyan görən binalardan 500 sakin təxliyə edilib.

 

"Rocky Fire" adı verilən yanğın çərşənbə günü günortadan sonra "Lake Country"də başlayıb, səhər saatlarında San Fransiskonun şimalına çatıb.

 

Kaliforniya Meşə Müdirliyi yanğının 1200 hektarlıq sahəni əhatə etdiyimi açıqlayıb. Xilasetmə qrupları əraziyə girişin çətin olduğundan, yanğına müdaxilə etməkdə çətinlik çəkir.

Müəllif | Apa.Tv
Apa.tv