Meksikada dəhşət: yük maşını zəvvarları əzib keçdi

Meksikanın ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin xəbərinə görə, Zakatekas əyalətinin Mazapil qəsəbəsində əyləci buraxan yük maşını 300-ə yaxın katolik zəvvarın olduğu kütlənin içinə girib.

 

Hadisə nəticəsində biri körpə olmaqla 26 nəfər ölüb. Təhlükəsizlik qüvvələri hadisə yerindən qaçan sürücünü axtarır.

Müəllif | Apa.Tv
Apa.tv