Bakı-Quba yolunda dəhşətli qəza: "Mercedes" "KamAZ"a çırpıldı, ölən var

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 79-cu km-də  ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, Xaçmaz rayon sakini, 1969-cu il təvəllüdlü Əhmədov Şakir Həsənbala oğlunun idarə etdiyi 27 BF 641 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını ilə  Quba rayon sakini, 1962-ci il təvəllüdlü  Məmmədov Ceyhun Cabir oğlunun idarə etdiyi 90 ER 445 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını toqquşub.

 

Yüksək sürətlə hərəkət edən “Mercedes” arxadan yük maşınına çırpılıb. Qəza nəticəsində “Mercedes”in sərnişinlərindən Quba rayon sakini, 1957-ci il təvəllüdlü Minyətova Solmaz Süleyman qızı ölüb, 1993-cü il təvəllüdlü həmyerlisi Mehdiyeva Naibə Hüseynağa qızı isə xəsarət alıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. 

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət başlanıb. 

 

Müəllif | Apa.Tv
Apa.tv