Şəhid xəbərini oxuyan aparıcı canlı yayımda ağladı - SÖZSÜZ

TRT telekanalının canlı yayımında duyğulu anlar baş verib.

 

APA TV-nin xəbərinə görə, "TRT Haber" kanalında PKK tərəfindən şəhid edilən Muş vilayətinin Malazgirt qəsəbəsinin jandarma rəisi, mayor Arslan Kulaksızın dəfni ilə bağlı süjet yayımlanıb.

 

Aparıcı Zeynəb Bulut Severcan qətlin şahidi olan Arslan Kulaksızın xanımının danışdıqlarını dinləyərkən göz yaşlarına hakim ola bilməyib.

 

Müəllif | Apa.Tv
Apa.tv