Azərbaycanda avqust ayı üçün hava proqnozu açıqlandı
Avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 25-27 dərəcə isti olacağı bildirilir. Bu göstərici normadan yuxarıdır.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 25-28 dərəcə isti olacağı gözlənilir.
Yuxarı Qarabağ, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperatur 17-22 dərəcə isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperatur 24-26 dərəcə proqnozlaşdırılır ki, bu da iqlim normasından yüksəkdir.
Məmləkətin şimal, şimal-qərb və dağlıq Şirvan ərazilərində orta aylıq temperatur 22-25 dərəcə isti təşkil edəcək.
Mərkəzi-Aran və Mil-Muğan bölgələrində orta aylıq temperaturun 25-28 dərəcə isti olacaq.
Ölkənin cənub zonasında orta aylıq temperaturun 23-26 dərəcə isti olacağı bildirilir.