Fələstində içərisində körpələr olan ev yandırıldı: yaşyarımlıq körpə öldü

Fələstində dəhşətli hadisə baş verib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, içərisində körpə uşaqlar olan ev yandırılıb.

Yaş yarımlıq körpə diri-diri yanıb, onun valideynləri və dörd yaşlı qardaşı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Hadisə İordan çayının qərb sahilində, fələstinlilərin yaşadığı kənddə törədilib. İsrail polisi hadisənin milli zəmində baş verdiyini bildirir.

Fələstin tərəfi isə evin divarlarına ivrit dilində qisas almaq məqsədilə hədələr yazıldığını iddia edirlər. İsrail ordusu hadisəni vəhşi terror aktı kimi dəyərləndirib.

Müəllif | Apa.Tv
Apa.tv