“Mazda” kanala düşdü, 24 yaşlı oğlan öldü

İmişlidə ölümlə nəticlənən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, İmişli-Mirili avtomobil yolunun 7-ci kilometrliyində, Bəcirəvan kəndi ərazisində İmişli istiqamətində hərəkətdə olan “Mazda” markalı   avtomobilin sürücüsü sərt döngədə idarəetməni itirib və qarşıdan gələn, Sadıq Sadıqovun idarə etdiyi “Mercedes” markalı avtomobillə  toqquşub. Zərbənin gücündən “Mazda” yolun kənarındakı su kanalına  yuvarlanıb. Nəticədə avtomobildə olan 24 yaşlı  Haciyev Səbuhi Yusif oglu hadisə yerində ölüb. Şəxsiyyəti dəqiqləşdirilməyən digər gənc isə ağır bədən xəsarəti alıb. Onun vəziyyəti ağır olduğundan Bakı  xəstəxanalarından birinə  göndərilib. Qəza zamanı "Mercedes"in sərnişini Bədirov Fəxrəddin isə yüngül bədən xəsarəti alıb. Faktla bağlı İmişli rayon Polis Şöbəsində  araşdırma aparılır.

 

Mahir Məmmədli, Əlibəy Zeynallı, APA TV

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı