İngiltərədə təyyarə maşın bazarına düşdü: bin Ladenin ailə üzvləri öldü
İngiltərənin cənubunda şəxsi təyyarə maşın bazarına düşüb. APA TV-nin xəbərinə görə, hadisə nəticəsində 4 nəfər ölüb.
Olay Hempşir bölgəsində baş verib. Təyyarənin göyərtəsindəki pilot və üç sərnişindən heç biri sağ qalmayıb.
"Phenom 300" tipli təyyarə maşın bazarının yaxınlığındakı hava limanına eniş etməli imiş. Lakin qeyri-müəyyən səbəblərdən maşın bazarına düşüb.
Qəzadan dərhal sonra maşın bazarı boşaldılıb. Bazarda baş verən yanğının genişlənməsinə imkan verilməyib.
Qəza nəticəsində ölənlərin "al-Qaida"nın mərhum lideri Üsamə bin Ladenin ailə üzvləri olduğu məlum olub. Bu barədə bin Ladenin ailə dostları Amerikanın “NBC News” telekanalına deyiblər.
Onların sözlərinə görə, həlak olanlar terrorçunun ögey anası Rac Haşim, ögey bacısı Sana bin Laden və onun həyat yoldaşı Zuhair Haşemdir.