1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

1 avqust - ölkədə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.

 

APA TV-nin  xəbərinə görə, 1 avqust 2001-ci il tarixində Azərbaycanda kiril qrafikasından latın qrafikalı Azərbaycan əlifbasına keçilib.

 

Qeyd edək ki, bu tarix Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən qeyd edilir.

 

Müəllif | Apa.Tv
Apa.tv