"Der Spiegel": Merkel postundan getmək istəmir

Almaniya kansleri Angela Merkel 4-cü dəfə bu post uğrunda seçkilərə hazırlaşır. APA TV-nin məlumatına görə, bu xəbəri "Der Spiegel" yayıb.


Bildirilir ki, Merkelin seçki kampaniyasına qatlıb-qatılmayacağı məsələsi onun Xristian-Demokrat İttifaqının baş katibi Peter Tauberlə və adı çəkilən təşkilatın icraçısı Klaus Şüllerlə görüşündə müzakirə olunub.


Xanım hökumət başçısının niyyəti növbəti müddətdə də öz vəzifəsində qalmaqdır. Onun bu açıqlamanı 2016-cı ilin əvvəlində bəyan edəcəyi deyilir.


Xatırladaq ki, o, Almaniyanın kansleri postuna 2005-ci ildə seçilib. Növbəti seçkilər isə 2017-ci ildə baş tutacaq.


Sonuncu dəfə xristian-demokratların və xristian sosialist koalisiyasının başda Merkel olmaqla qələbəsi 2013-cü ilin sentyabrında əldə edilib.

Müəllif | Apa.Tv
Apa.tv