Azərbaycanda məhkəmə sədri vəfat etdi

Azərbaycanda məhkəmə sədri dünyasını dəyişib.


APA TV-nin qərb bürosunun məlumatına görə, Gəncə Apelyasiya Məhkəməsinin sədri Rafiq Məmmədov vəfat edib.

 

Rafiq Məmmədov 1945-ci ildə anadan olub. 2007-ci ildən Gəncə Apelyasiya Məhkəməsinin sədri olan Rafiq Məmmədov xərçəng xəstəliyindən əziyyət çəkirdi.

 

O, dünən 70 yaşında dünyasını dəyişib.

 

Müəllif | Apa.Tv
Apa.tv