Azərbaycanda isti hava şəraiti avqustun 5-dək davam edəcək

Avqustun 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən xəbərə görə, gündüz cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 24-27, gündüz 35-40 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-30 dərəcə isti təşkil edəcək.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.

 

Ekologiya və Təbii Sərvətlə Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, Azərbaycanda müşahidə olunan isti və yağmursuz hava şəraitinin avqustun 5-dək davam edəcəyi gözlənilir. Avqustun 5-dək Naxçıvan Muxtar Respublikasında və bəzi Aran rayonlarında havanın temperaturu gündüz saatlarında 35-40 dərəcə, bəzi yerlərdə 43 dərəcəyə yüksələcək. Bakı və Abşeron yarımadasında havanın maksimal temperaturunun gündüz 35-39, bəzi yerlərdə 40 dərəcəyədək yüksəlməsi gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv