Mövqelərimiz atəşə tutulub

Ermənilər bütün cəbhə boyu atəşkəsi pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, düşmən bölmələri dünən və bu gecə Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

 

Həmçinin, Ağdam rayonunun Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

Düşmən cavab atəşi ilə susdurulub. 

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı