Lənkəranda taksi sürücüsü öldürüldü
Lənkəranda qətl hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə avqustun 1-də günorta saatlarında şəhərin mikrorayon ərazisində qeydə alınıb.
Məmməd adlı taksi sürücüsü aralarında olan şəxsi münaqişə zəminində həmkarı olan Lənkəran şəhər sakini, 40 yaşlı Vüqar Vaqif oğlu Əsgərova ürək, qarın boşluğu və digər nahiyələrdən 4 bıçaq zərbəsi vurub.
Yaralı ətrafdakılar tərəfindən dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, lakin çoxlu qanitirmədən elə əməliyyat stolundaca dünyasını dəyişib.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları qətli törətmiş şəxsin yaxalanması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri görürlər.