Şirvanda anormal buzov doğuldu: 2 çənəsi və 3 dili var

Şirvanda anormal buzov doğulub. Buzovun 2 çənəsi və 3 dili var.

 

Şirvan şəhərində yaşayan fərdi təsərrüfat sahibi Arif Cabbarovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, ona məxsus təsərrüfatda doğulan buzov rahat şəkildə hərəkət edir və digər buzovlardan yalnız çənə-ağız quruluşuna görə fərqlənir.


Uzun illərdir mal-qara saxlayan Arif Cabbarov ilk dəfədir bu halla rastlaşır. Qəribə buzovun qidalanması isə təsərrüfat sahibinin köməkliyi ilə həyata keçirilir.

 

Mütəxəssislər bildirir ki, belə hallara tez-tez rast gəlinir. Buna ekologiyaya atılan tullantılar, zəhərli qidalar (məsələn, pestisid və herbisidlər) və genetik anomaliya səbəb ola bilər.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı