Tacir Şahmalıoğlunun dənizdə batmış qardaşının meyiti tapıldı
Müğənni Tacir Şahmalıoğlunun qardaşı 37 yaşlı Mahir Allahverdiyevin meyiti tapılıb. APA TV-nin məlumatına görə, meyit Novxanı çimərliyindəki istirahət mərkəzlərindən birinin ərazisindən tapılıb. Dalğalar mərhumun meyitini istirahət mərkəzinin ərazisinə çıxarıb. Meyiti çimərlikdə istirahət edən insanlar aşkar ediblər. Polisə məlumat verilib və meyit aidiyyəti orqanlara təhvil verilib.
Xatırladaq ki, 2 azyaşlı uşaq atası olan Mahir Allahverdiyev iyulun 31-də dostları ilə birlikdə Novxanı çimərliyinə gedib. Onun skuter sürərkən batdığı bildirilir. Həmin vaxtdan axtarışlar aparılsa da, meyiti tapmaq mümkün olmamışdı.