Xaçmazda baş verən ağır qəzada 7 nəfər yaralanıb

Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, qəza Xudat-Nabran yolunun 7-ci kilometrliyində qeydə alınıb. Xaçmaz istiqamətdə hərəkətdə olan “VAZ-2106” maşınının sürücüsü ötmə əməliyyatını həyata keçirərkən qarşıdan gələn Bakı şəhər sakini, Adil Qəhrəmanovun idarə etdiyi “Mercedes” markalı maşınla toqquşub. Daha sonra maşın qarşıdan gələn 1994-cü il təvəllüdlü Xaçmaz rayon sakini Zamir Səfərovun idarə etdiyi “VAZ-21010” markalı avtomobillə toqquşaraq aşıb.

Qəza nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisi Xudat Mərkəzi Şəhər Xəstəxanasına gətirilib. 1969-cu il təvəllüdlü, Bakı şəhər sakini Firuzə Baxşıyeva və Xaçmaz rayon sakini, 1956-cı il təvəllüdlü Aktifa Həsrətova ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

 

Digər 5 nəfər isə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar, Quba rayon sakinləri 1992-ci il təvəllüdlü Emin Yunusov, 1993-cü il təvəllüdlü Namiq Manafov, 1992-ci il təvəllüdlü Ənvər Balayev, 1992-ci il təvəllüdlü İlkin Abdullayev və 1994-cü il təvəllüdü, Xaçmaz rayon sakini Zamir Səfərovdur. Yaralıların  vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Vəli Turan