Yüksək sürət sürücünün ölümünə səbəb oldu

Salyanda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Stansiya yaşayış massivində qeydə alınıb. Salyan şəhər sakini, 35 yaşlı Şakir Mövsümov idarə etdiyi “QAZ-31”markalı minik maşını ilə rayon mərkəzinə doğru hərəkətdə olarkən idarəetməni itirib. Sürət həddi yüksək olduğundan “QAZ-31” markalı maşın əvvəlcə yolun kənarındakı daş səddə çırpılıb, daha sonra yuvarlanaraq təxminən yoldan 100 metr kənara düşüb. Nəticədə sürücü Şakir Mövsümov hadisə yerində ölüb.

 

Faktla bağlı Salyan rayon polis şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı