Tovuzda üçmərtəbəli obyekt və mağaza yanıb

    

Tovuz rayonunun Aşağı Quşçu kəndində yanğın olub. APA TV-nin məlumatına görə, yanğın nəticəsində  ümumi sahəsi 1080 kvadratmetr olan üçmərtəbəli obyektin 2-ci mərtəbəsinin 308 kvadratmetri, 3-cü mərtəbəsinin 312 kvadratmetri və birmərtəbəli qarışıq mallar mağazasının dam örtüyünün yanar konstruksiyaları 120 kvadratmetr sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, , obyektin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Müəllif | Apa.Tv
Azər Məmmədli