Azərbaycanda dollar və rubl ucuzlaşır
Azərbaycan Mərkəzi Bankı həftənin ilk valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dollarının qiyməti bir qədər ucuzlaşaraq 1,0493 manat təşkil edib. Rusiya rublu da manat qarşısında dəyər itirməkdədir. Mərkəzi Bank 1000 Rusiya rublunun məzənnəsini 17 manat müəyyənləşdirib. Bivalyuta səbətinə daxil olan valyutalardan yalnız avro əvvəlki günlərə nisbətə bahalaşıb. Hazırda 1 avronun satış kursu 1.1524 manatdır.