Ərdoğan: "Putin Əsəddən imtina edə bilər"

Suriyanın şimalında terror təşkilatlarının yaranmasına müsbət baxmırıq”. APA TV-nin məlumatına görə, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

 

Onun sözlərinə görə, ABŞ Türkiyəyə qarşı təhdid ünsürlərinin yaranmasını qəbul etmir: "Bu məsələdəki qətiyyətimizi ABŞ da bilir. ABŞ Türkiyəyə qarşı təhdid yaradacaq ünsürlərin meydana gəlməsinə müsbət yanaşmır. Bu il iyulun 22-də prezident Barak Obama ilə telefonda İŞİD-ə qarşı mübarizə məsələsini geniş müzakirə etdik. Bundan dərhal sonra bir hərbçimiz şəhid oldu. Biz də İŞİD-ə qarşı əməliyyata başladıq. Həmin vaxt İraqın şimalında PKK terrorçuları təhlükəsizliyimizə təhdid yaradırdı. Onlara qarşı da addımlar atıldı. Əməliyyatlar davam edəcək”.

 

Ərdoğan Rusiya prezidentinin də Suriya ilə bağlı mövqeyində müsbət dəyişiklik hiss olunduğunu deyib: “Putinlə telefonda danışdıq. Əvvəlki kimi "Sona qədər Bəşər Əsədin yanındayıq” iddiasında deyil. Putinin Əsəddən imtina edə biləcəyinə inanıram".

 

Türkiyə prezidenti Çinə səfəri zamanı uyğur türklərinin vəziyyətinə dair aparılan müzakirələrdən danışıb: "Çinin bu məsələdə narahatlığı terror mövzusudur. Bəzi uyğurların İŞİD başda olmaqla, terror təşkilatlarına qatılması, ölkənin ərazi bütövlüyünə təhlükə yaratması Çini narahat edir. Bəzi uyğurların İŞİD-ə qatıldığını biz də bilirik və bunu açıq şəkildə deməliyəm. Pekində Çin İslam Cəmiyyətinin nümayəndələri ilə görüşdüm. Deyirlər ki, ölkədə 35 min məscid, 40 min dini xadim var".

 

 

Müəllif | Apa.Tv
Apa.tv