ABŞ təyyarələrinə Suriya müxalifətinə dəstək tapşırığı verildi

ABŞ prezidenti Barak Obama ölkənin Hərbi-Hava Qüvvələrindən Vaşinqtonun təlim keçdiyi Suriya müxalifətinə dəstək məqsədilə istifadəyə icazə verib. APA TV-nin məlumatına görə, müxalifət Suriya ordusunun və ya İŞİD-in hücumuna məruz qalacağı təqdirdə ABŞ aviasiyası müxaliflərə havadan dəstək verəcək.

 

“Wall Street Journall” hesab edir ki, bu qərar ABŞ-la Əsəd rejimi arasında açıq münaqişə riskini artıra bilər. Amerikalı məmurların fikrincə, Obamanın qərarı ABŞ-ın Suriya müxalifətinə dəstəyinə dair suallara verilmiş cavab sayılmalıdır.

Yeni qaydalara əsasən, Pentaqon ABŞ müttəfiqlərini müdafiə etmək üçün Əsəd rejiminin mövqelərinə havadan zərbələr endirəcək. Amerikalı hərbçilər Əsəd rejimi ilə birbaşa münaqişə ehtimalının az olduğunu deyir, çünki təlim keçmiş müxaliflər hələlik İŞİD-ə qarşı döyüşlərdə istifadə olunur. 

Müəllif | Apa.Tv
Apa.tv