Lənkəranda 18 yaşlı gənc bıçaqlandı
Lənkəranda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 19 yaşlı Rüfət Əliyev aralarında olan şəxsi münasibətlər zəminində həmkəndlisi, 1997-ci il təvəllüdlü Mirsəddam Qafarlıya bıçaqla bədən xəsarəti yetirib. Yaralı döş qəfəsinin ön səthinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin operativ müdaxiləsindən sonra yaralının durumu stabilləşib.
Hadisəni törətmiş Rüfət Əliyev isə saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.