Suriyada hərbi təyyarə yaşayış binalarının üzərinə düşdü: 35 ölü

Suriyada hökumət qüvvələrinə aid hərbi təyyarənin yaşayış məntəqəsinə düşməsi nəticəsində 35-ə nəfər ölüb.


APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Suriya Mülki Müdafiə Qoşunlarının nümayəndəsi Rami Kurabi bildirib.

 

Hərbi təyyarənin yaşayış məntəqəsinə düşməsi nəticəsində 120 şəxs də xəsarət alıb.

 

Təyyarənin düşdüyü yerdə 6 binanın yerlə yeksan olduğu bildirilir. Məlumatlara əsasən, dağıntılar altından çoxlu sayda ölü və yaralı çıxarılıb.

 

Suriya İnsan Haqlarına Nəzarət Təşkilatının rəhbəri Rami Abdülrahman təyyarənin texniki  nasazlıq nəticəsində qəzaya uğradığını iddia edib. Qeyd edək ki, Erixa Suriya ordusunun əsas istinadgahlarından biri olub. Bu ilin mayında isə müxalif qüvvələrin əlinə keçib. Bu arada bəzi mənbələr qəza baş verdiyi qəsəbənin Əsəd qüvvələrinin hücumuna məruz qaldığı barədə məlumat yayıb.

Müəllif | Apa.Tv
Apa.tv