Qubada avtomobil yandı


Quba-Nügədi avtomobil yolunda “UAZ” markalı avtomaşın yanıb. APA TV-nin şimal bürosunun verdiyi xəbərə görə, Quba rayonu Söhüb kənd sakini 31 yaşlı Çingiz Məzlum oğlu Bayramovun idarə etdiyi “UAZ” markalı avtomobil qəfil alışıb. Dərhal əraziyə FHN-nin Quba DYMH-nin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı avtomobilin yanar konstruksiyaları sıradan çıxıb. Alovun qarşısı alınıb. Yanğın nəticəsində xəsarət alan olmayıb. Fakt araşdırılır.

Müəllif | Apa.Tv
Vəli Turan