Qoz ağacına çırpılan maşın parça-parça oldu - QƏZA GÖRÜNTÜLƏRİ
Zaqatalada ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Zaqatala-Muxax avtomobil yolunda qeydə alınıb. Muxax kənd sakini, 1989-cu il təvəllüdlü Arif Muxtar oğlu Həmzəyev idarə etdiyi “Mersedes” markalı “99 DK 414” dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yol kənarındakı qoz ağacına çırpıb. Zərbənin gücündən maşın bir neçə yerə parçalanıb. Sürücü Arif Həmzəyev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.