Qardaşını çamadanda sərhəddən keçirmək istədi – FACİƏLİ ÖLÜM
Afrika ölkəsi olan Mərakeşdən İspaniyaya qanunsuz yolla çamadanda keçməyə cəhd edən 27 yaşlı şəxs ölüb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, hadisə İspaniyanın Əndəlus vilayətinin Almeriya portunda qeydə alınıb.
Ölən şəxsi öz qardaşı çamadana qoyub və sükan arxasında əyləşib. İspaniya ərazisinə bərə ilə gələn şəxs baqaja qoyduğu çamadanı yalnız Almeriyada açıb. Bu zaman o qardaşının artıq boğulduğunu görüb. Bütün cəhdlərə baxmayaraq 27 yaşlı şəxsin həyatını xilas etmək mümkün olmayıb. Böyük qardaş saxlanılıb.
Xatırladaq ki, Afrikada İspaniyanın anklav əraziləri sayılan Melilya və Seuta Avropaya qanunsuz yolla keçmək istəyən miqrantların əsas nöqtələridir.
Bu son üç ayda baş verən ikinci belə hadisədir. May ayında Seutada çamadandan
8 yaşlı uşağın meyiti tapılmışdı.