SOS: Bakının mərkəzində bomba həyəcanı!

Bakının mərkəzində bomba həyəcanı yaşanıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda ictimai-iaşə obyektlərindən birində partlayıcı maddənin olması barədə məlumat daxil olub.

 

Dərhal nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunub və əraziyə baxış zamanı heç bir şübhəli əşya aşkar edilməyib.

 

Müəllif | Apa.Tv
Apa.tv