İran Türkiyə ilə sərhədləri bağladı - SƏBƏB

İranın Türkiyə ilə şimal qərb sərhədi bağlanıb.


APA-nın Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə İranın polis şefi Hüseyn Aştari bildirib. O bildirib ki, Ali Beynəlxalq Təhlükəsizlik Şurası (SNSC) Türkiyədə baş verənlərlə əlaqədar olaraq sərhədi müvəqqəti bağlayıb.  

 

Hüseyn Aştari deyib ki, sərhədin bağlanması ilə bağlı bütün sualları bu quruma ünvanlamaq lazımdır. 

 

Müəllif | Apa.Tv
Apa.tv