PKK 2 türk hərbçisini şəhid etdi - VİDEO
Türkiyədə PKK-nın içərisində hərbçilərin olduğu maşına hücumu nəticəsində iki əsgər şəhid olub. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, terrorçular maşınların keçdiyi yola əvvəlcədən mina döşəyiblər. Minanın partlaması nəticəsində bir əsgər və kənd bələdçisi də yaralanıblar.
Partlayışdan sonra hərbçilərə raket və iriçaplı silahlardan istifadə etməklə atəş açan terrorçular hadisə yerindən qaçıblar.
Bölgədə genişmiqyaslı əməliyyatlara start verilib.