Tiflisdə bazarda yanğın: 2 nəfər öldü, 5 nəfər yaralandı

Tiflisdə “Eliava” tikinti materialları bazarında baş vermiş yanğın nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. APA TV-nin məlumatına görə, yanğın ötən gün axşam saatlarında “Eliava” tikinti materialları bazarında boya anbarında qeydə alınıb. Yanğının söndürülməsinə 15 yanğınsöndürmə briqadası və helikopterlər cəlb olunub. 

 

Ölənlərin şəxsiyyəti hələlik müəyyən olunmayıb. Alovun söndürülməsi zamanı 5 yanğınsöndürən və xilasedici xəsarət alıb. Onlardan üçünün vəziyyəti ağırdır.

Müəllif | Apa.Tv
Apa.tv