"Qayınana"nın Sevdası vəfat etdi
Əməkdar artist Tanilə Əhmərova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. APA TV-nin məlumatına görə, bu barədə aktrisanın yaxınları xəbər verib. Tanilə Əhmərova 1950-ci ildə iyunun 1-də Bakıda anadan olub. 1977-ci ildə Dövlət Teatr İnstitutunu bitirib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının aktrisası olub. Tamaşaçılar onu "Qayınana", "Şir evdən qaçdı", "Tələ", "Təhminə" filmlərindən tanıyır. Aktrisa uzun müddət xəstəlikdən əziyyət çəkib.