“Bakıya işə gəlirdim, dedim əliboş getməyim” - 8 İL HƏBS
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Quliyev Vasif Asif oğlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşdırılıb.
APA TV-nin “Lent.az”a istinadən yaydığı məlumata görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən V. Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, 37 yaşlı Quliyev Vasif Asif oğlu saxlanılıb.
Bölməyə gətirilən şəxsin əlindəki bağlamadan külli miqdarda narkotik vasitə aşkar edilib.
Vasif Quliyevin sözlərinə görə, yabanı halda bitmiş narkotik vasitənin bir hissəsini Şəmkir rayonu ərazisində yol kənarından yığıb. Bakıya iş dalınca gəldiyini deyən Vasif paytaxtda əliboş gəlmək istəməyib.