Şirvan Gömrük İdarəsində iş adamları ilə görüş keçirilib
Şirvan Gömrük İdarəsində iş adamları ilə görüş keçirilib. APA TV-nin məlumatına görə, görüşdə Şirvan gömrük idarəsinin ərazisinə daxil olan 8 ətraf rayondan olan sahibkarlar iştirak edib. Şirvan Gömrük idarəsinin sədri, gömrük xidməti polkovniki Rəşid Zalov sahibkarlarla görüşü zamanı bildirib ki, sahibkarlar və dövlət orqanları arasında qarşılıqlı əməkdaşlıq müxtəlif sahələrdə problemlərin birgə həll edilməsinə müsbət təsir göstərir. Sahibkarların təşkilatlanmasını və gömrük xidmətinə aid məsələlərin həllində onların konstruktiv mövqedən çıxış etmələri gömrük orqanları və iş adamları arasında ənənəvi görüşlər ümumi işə fayda gətirir. Həmçinin gömrük xidməti və özəl sektor arasında işgüzar münasibətlərin qurulmasına xidmət edir.
İdxal-ixrac əməliyyatlarının vəziyyətinə toxunan idarə rəisi iş adamları ilə görüşün məqsədinin də bu sahədə sahibkarların fikirlərini, onları düşündürən məsələləri və yeni təklifləri öyrənmək olduğunu bildirib.
Görüşdə çıxış edən sahibkarlar müəyyən təkliflərlə çıxış edib və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.