Azərbaycanda qardaş qardaşı baltalayaraq öldürüb
Beyləqanda qətl törədilib. Yerli sakinlərin APA-ya veridyi məlumata görə, hadisə bu gün rayonun 1-ci Şahsevən kəndində qeydə alınıb. Kənd sakini Xudayar Məmmədov ailədaxili münaqişə zəminində qardaşı Məhərrəm Məmmədovun başına balta ilə zərbə endirib.
Xəstəxanaya çatdırılan Məhərrəm Məmmədovu xilas etmək mümkün olmayıb. O, çoxlu qan itirdiyindən dünyasını dəyişib.
Beyləqan Rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, Məhərrəm Məmmədov başından küt alətdən aldığı xəsarətlə xəstəxanaya daxil olub və daxil olandan bir müddət sonra dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən Xudayar Məmmədov artıq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.