“Mercedes” “Zaporojets”lə toqquşub, üç nəfər yaralanıb

Samuxda 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, qəza rayonun Qarayeri-Sarıqamış avtomobil yolunda qeydə alınıb. “Mercedes” markalı avtomobillə “Zaporojets” markalı avtomobilin toqquşması nəticəsində 36 yaşlı Heybət Heydərov, 37 yaşlı Arif Kazımov və 43 yaşlı Rafiq Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir. Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli