“Qəhrəman ana” statusu bərpa edilir
Azərbaycanda “Qəhrəman ana” statusu yenidən bərpa edilir. Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib ki, qəhrəman ana məsələsinin gündəmdə olduğunu və yaxın günlərdə Milli Məclisdə bu istiqamətdə müzakirələr aparılacığını bildirib. APA TV-nin məlumatına görə, status 4-dən çox övlad dünyaya gətirən analara veriləcək. Konfederasiya sədri deyir ki, qəhrəman ana statusu alacaq ailələrə əlavə güzəştlərin tətbiqi hələ ki, müzakirə mövzusu deyil. Bu ailələr aztəminatlı ailələr kimi yalnız ünvanlı sosial yardım alacaqlar. Azərbaycan qanunvericiliyində nəzərdə tutulan bir sıra imtiyazların bu gün cəmiyyət tərəfindən pozulduğunu deyən Səttar Mehbalıyev bildirib ki, qanunvericiliyə əsasən himayəsində südəmər körpəsi olan qadına gün ərzində uşağını yedizdirmək üçün bir neçə saat işdən xüsusi icazə verilməlidi. Bu gün Həmkarlar İttifaqları Konfederasiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Müasir ailənin cəmiyyətin inkişafında rolu” mövzusunda seminar keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd ailənin cəmiyyətdə rolunun yüksəldilməsi və inkişaf etdirilməsidir.