Xəzər daha iki can aldı: 17 yaşlı gənc və 26 yaşlı həkim dənizdə batdı

Xəzər dənizində daha iki nəfər batıb. APA TV-nin məlumatına görə, hadisə Fatmayi qəsəbəsi ərazisində baş verib.

 

Batan şəxslərin axtarışlarına FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

 

Dənizdə batanlar Gəncə şəhərində anadan olan və Bakıda məskunlaşan 17 yaşlı Qurbanov Namiq Nüsrət oğlu və 26 yaşlı Anar Mehdiyevdir. Anar Mehdiyevin həkim olduğu bildirilir.

 

İlkin məlumata görə, batan şəxslər birlikdə olmayıblar və ayrı-ayrılıqda Xəzərin nəzarət olunmayan hissəsində üzməyə gediblər. Onlar dənizdə olarkən külək başlasa da, Namiq Qurbanov və Anar Mehdiyev üzməyə davam ediblər. Nəticədə hər iki şəxs dənizdə batıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Xatırladaq ki,  Azərbaycanın Fövqəladə Hallar Nazirliyi çimərliklərlə bağlı təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib. Müraciətdə nazirlik əhalini təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. Bu qaydalardan biri də küləkli havada dənizə girməməkdir. 

Müəllif | Apa.Tv
Apa.tv