“Fənərbaxça” böyük hesabla məğlub oldu (QOLLAR)

Türkiyənin “Fənərbaxça” klubu UEFA Çempionlar Liqası III təsnifat mərhələsinin cavab qarşılaşmasında Ukraynanın “Şaxtyor” klubuna böyük hesabla məğlub olub. Bu məğlubiyyətdən sonra Türkiyə klubu Çempionlar Liqasını tərk edib və mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirməli olacaq.

 

"Şaxtyor" ilk qolu oyunun 25-ci dəqiqəsində vurub. Türkiyə klubunun futbolçuları Aleksandr Qladkiyə mane ola bilməyiblər. İlk hissə bu hesabla başa çatıb.

 

65-ci dəqiqədə hakim “Fənərbaxça”nın qapısına penalti təyin edib. Dario Srna bu imkandan məharətlə yararlanıb - 2:0.

 

Bundan cəmi üç dəqiqə sonra “Fənərbaxça” qapısında daha bir qol görüb. Bu dəfə Aleks Teyşeyra fərqlənib.

 

Qeyd edək ki, oyunun 61-ci dəqiqəsində “Fənərbaxça”nın baş məşqçisi Vitor Pereyra "Şaxtyor"un kapitanı Dario Srna ilə münaqişədən sonra hakim tərəfindən tribunaya göndərilib.

 

Xatırladaq ki, “Fənərbaxça” yeddi ildir ki, Avropanın ən nüfuzlu klub turnirində iştirak edə bilmir.

 

Müəllif | Apa.Tv
Apa.tv