“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı

Azərbaycan çempionu “Qarabağ” ötən axşam UEFA Çempionlar Liqası III təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxıb. APA TV-nin məlumatına görə, Ağdam klubu Şotlandiya çempionu “Seltik”i qəbul edib.

 

Ardıcıl ikinci dəfə qitənin ən nüfuzlu klub turnirində iştirak edən Qurban Qurbanovun yetirmələri bu dəfə də III mərhələni adlaya bilməyib.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda tərəflərdən heç biri fərqlənə bilməyib. İlk oyunda səfərdə minimal hesabla məğlub olmuş "Qarabağ" mübarizəni dayandırıb.

 

Ancaq ağdamlılar üçün Avrokubok mövsümü bununla yekunlaşmayıb. "Qarabağ" bundan sonra mübarizəsini Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Müəllif | Apa.Tv
Apa.tv