6 kiloqram narkotiklə saxlanan Tərtər sakini: “Zibillikdən tapmışam”

Salyanda Tərtər sakinindən külli miqdarda narkotik vasitə götürülüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə,  Salyan Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Aparılan  əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum edilmiş Tərtər rayon sakini, 46 yaşlı Ədalət Məmmədov şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 6 kiloqram 160 qram narkotik vasitə olan marixuana və 348 qaram tiryək aşkar edilib.

 

Hal şahidlərinin iştirakı ilə narkotik vasitələr maddi sübut kimi götürülüb. İlkin ifadəsi zamanı Ədalət Məmmədov törətdiyi cinayəti etiraf edib.

 

Faktla bağlı Salyan rayon polis şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı