Xaçmazda 54 yaşlı kişi küçədə günvurmadan ölüb

Ötən gün Xaçmaz rayonuynda bədbəxt hadisə baş verib. APA TV-nın Şimal bürosunun məlumatına görə, Xaçmaz şəhər sakini, 1961-ci il təvəllüdlü İdrisov İdris Mövlud oğlu şəhərin Nəriman Nərimanov prospektində ölüb. Onun meyiti tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb. Tibbi ekspertizanın nəticəsindən sonra ölümün səbəbləri müəyyənləşəcək.

 

İlkin ehtimala görə, İ. İdrisov günvurmadan ölüb.

 

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar aparılır. 

Müəllif | Apa.Tv
Vəli Turan