Lənkəranda maşın alışdı, sürücü salonu güclə tərk etdi

Lənkəran sakininə məxsus minik avtomobili yanıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının rayonun Şürük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayon sakini, 1986-cı il təvəllüdlü Hicran Ziyad oğlu Seyidovun idarə etdiyi “VAZ-21014” markalı minik avtomobili hərəkətdə olarkən qəfildən alışıb. Sürücü dərhal maşını yol kənarında saxlayaraq, salonu tərk edib. Yaxınlıqdakı şəxslərin, eləcə də hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürən maşının vaxtında müdaxiləsi nəticəsində yanan minik avtomobili söndürülüb, həmçinin təhlükəsizlik tədbirləri görülüb.

 

İlkin ehtimala görə, yanğın avtomobildəki texniki nasazlıq səbəbindən baş verib.

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv