Bakıda parkda asılmış kişi meyiti tapıldı

Bakıda intihar hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb. Astara rayon sakini, 1966-cı il təvəllüdlü Oqtay Tanrıverdi oğlu Tanrıverdiyev qəsəbə ərazisində yerləşən 2 saylı yataqxananın parkında ağacdan özünü asıb. Onun meyiti parkda istirahət edən vətəndaşlar tərəfindən aşkarlanıb.

 

Oqtay Tanrıverdiyevin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv