İŞİD Suriyada daha bir şəhəri ələ keçirdi


İŞİD terror qruplaşmasının silahlıları Suriyanın qərbində yerləşən Əl-Qaryatayn şəhərini ələ keçiriblər.

 

APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə,Suriyada İnsan Haqları üzrə Müşahidə mərkəzinin (SOHR) məlumatında belə deyilir.

 

Məlumata əsasən, avqustun 5-də, səhər saatlarında şəhərin girəcəyində 3 terrorçu-kamikadze Suriya hökumət qoşunlarının nəzarət-keçid məntəqəsi qarşısında özünü partladıb. Bundan sonra şəhərə hücum başlayıb. Şiddətli döyüşlər zamanı 37 suriyalı hərbçi və 23 terrorçu həlak olub.

 

Qeyd edilir ki, strateji əhəmiyyətli Əl-Qaryatayn silahlıların nəzarəti altında olan qədim Palmira şəhəri və Kalamun bölgəsi arasında yerləşir.

 

Müəllif | Apa.Tv
Apa.tv