İŞİD yeni video yaydı: Merkel alman dilində təhdid edildi

İŞİD Almaniya kansleri Angela Merkelin ünvanına təhdidlər səsləndirib. APA TV-nin alman mətbuatına istinadən verdiyi məlumata görə, terrorçular ilk dəfə alman dilində hədə dolu video yayımlayıblar.

Hazırda Suriya və İraqda İŞİD tərkibində Almaniya vətəndaşı olan 720 şəxs döyüşür. Konstitusiyanın fedreal müdafiə xidmətinin rəhbəri Hans-Georq Maasen bildirib ki, Almaniyadan İŞİD sıralarına qoşulmaq üçün gedən vətəndaşların sayı hazırda ötən illərə nisbətən azalıb. Hazırda bölgədə İŞİD nəzarət etdiyi ərazilər 90 min kvadrat kilometr təşkil edir. Terror qruplaşmasının tərkibində 200 minə yaxın döyüşçünün olduğu deyilir. Bu təhlükə Rusiya ilə ABŞ da narahat edir. Problemin çözüm yolları bu yaxınlarda Vladimir Putinlə Barak Obamanın telefon danışığında da müzakirə olunub.

 

 

Müəllif | Apa.Tv
Apa.tv