Leyla Yunusa 11, Arif Yunusa 9 il həbs cəzası tələb olundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edərək, Leyla Yunusun 11 il, Arif Yunusun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Proses avqustun 10-da davam etdiriləcək. Xatırladaq ki, hər iki şəxs barəsində olan Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.

 

Müəllif | Apa.Tv
Apa.tv