Mingəçevirdə toy məclisində kütləvi zəhərlənmə baş verib

Mingəçevirdə 5 nəfər sərinləşdirici içkidən zəhərlənib. APA TV-nin yerli bürosunun xəbərinə görə, Mingəçevir şəhərindəki “Altun” şadlıq sarayında keçirilən toy mərasimi zamanı kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. Mingəçevir sakini 1990-cı il təvəllüdlü Əliyev Xəzər Bayram oğlu, bacısı 1993-cü il təvəllüdlü Əliyeva Gülya Eldar qızı, Bərdə sakini 1998-ci il təvəllüdlü Məmmədov Etibar Musa oğlu, Əliyeva Nuridə Bəylər qızı və İbrahimova Nərgiz Ənvər qızı zəhərləniblər. Onlar toydan sonra özlərini pis hiss ediblər və zəhərlənmə diaqnozu ilə Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların vəziyyəti orta qiymətləndirilir. Xəstələrdən birinin vəziyyəti yüngül olduğu üçün ilkin tibbi yardımdan sonra evə buraxılıb.


Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.  

Müəllif | Apa.Tv
Elvin Yaqubov